Mühasib (Kiçik Mütəxəssis)

Razılaşma yolu ilə

İş barədə məlumat

- Şirkətimizə mühasib tələb olunur
- Aşağıdakı biliklərə sahib olması arzuolunandır:
- Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
- Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdimi
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
- Əmək haqqı hesabların xərclənməsinə, ştat cədvəlinə, tabel və s. sənədlərə ciddi riayət olunmasına nəzarət etmək
- Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
- Gömrük işlərin aparılması, məhsulların rəsmi sənədləşməsi
- İş qrafiki: həftədə 5 iş günü saat 09:00-dan - 18:00-dək
- Şənbə günləri 09:00-dan - 15:00-dək


Namizədə tələblər

- Ali təhsil
- Yaş: 20 - 35
- Mühasibatlıq sahəsi üzrə bütün əhəmiyyətli məlumatlara sahib olma və bununla əlaqədar iş təcrübəsi
- Vergi və mühasibat uçotunun tam sərtbəst şəkildə aparılması bacarığı
- Microsoft Office proqramlarını, əsasən də Excel yaxşı bilmək vacibdir
- Azərbaycanın Vergi Məcəlləsini və tələb edilən qanunvericilik sahələrini bilmək
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq